“Turan” bolqarlarla üz-üzə

Qadın voleybolçulardan ibarət “Turan” komandası  bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubunun qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.

“Turan” 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını üstələyib –  3:0, 3:2.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir