“Sabah”a tanış sima – 0:5-dən sonra Norveçdə

UEFA Çempionlar Liqasının IV turunda keçiriləcək “Vikinq” – “Sabah” oyununu niderlandlı hakim Sander van der Eiyk idarə edəcək.

Futbolpress.az-ın məlumatına görə, mütəxəssis daha əvvəl Azərbaycan yığmasının matçına təyinat alıb. O, 2025-ci ildə dünya çempionatının seçmə mərhələsində İslandiya ilə səfər görüşündə ədaləti qoruyub. Həmin qarşılaşma millimizin böyük hesablı məğlubiyyəti ilə başa çatıb – 0:5.

Referi bu mövsüm ümumilikdə 12 matç idarə edib. O, bu görüşlərdə 46 dəfə sarı vərəqə göstərib. Sander nə qırmızı vərəqə verib, nə də penalti təyin edib.

FIFA referisi cari “futbol ili”ndə ilk dəfə Çempionlar Liqasına təyinat alıb. O, bunadək Avropa Liqasında və Konfrans Liqasında bir görüşdə baş hakim olub.

Noyabrın 5-də Norveçdə keçiriləcək “Vikinq” – “Sabah” matçına saat 00:00-da start veriləcək.

“Sabah” 3 turdan sonra 3 xalla 25-ci sıradadır. Aktivində 1 xalı olan “Vikinq” isə 33-cüdür.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir