Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Petrolul” Rumıniya çempionatında növbəti matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, Ploeşti təmsilçisi XIV turda ÇFR ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.
Cəlal oyuna ehtiyatda başlayıb. O, 64-cü dəqiqədə meydana daxil olub.
“Petrolul” 14 turdan sonra 24 xalla 4-cü sıradadır.
