Bakıdakı mundialda irqçilik qalmaqalı

Bakıda keçirilən 15 yaşadək futbolçular arasında FIFA dünya çempionatı və festivalında böyük insident yaşanıb.

Futbolpress.az xəbər verir ki, C qrupu çərçivəsində baş tutan İngiltərə və İrlandiya yığmalarının matçı irqçilik iddiası səbəbindən yarımçıq qalıb. İrlandiya komandasının 4:1 hesablı üstünlüyü ilə davam edən oyunun son dəqiqələrində baş verən mübahisədən sonra İngiltərə futbolçusu məşqçilər korpusuna irqçi təhqirə məruz qaldığını bildirib.

Məsələ ilə bağlı baş məşqçi Mett Torp hakimlərə vəziyyəti izah edərək komandasını meydançadan çıxarıb. İngiltərə təmsilçiləri irqçilik iddiaları səbəbindən oyuna davam etməyəcəklərini qəti şəkildə bildiriblər.

FIFA rəsmi açıqlama yayımlayaraq insidentdən xəbərdar olduqlarını, rəsmi hesabatların toplandığını və məsələnin müvafiq intizam komitəsinə ötürüləcəyini təsdiqləyib.

Qeyd edək ki, 189 ölkənin qatıldığı bu tarixi mundialda turnirin reqlamentinə uyğun olaraq tərəflərin növbəti matçları təqvimə əsasən davam etməlidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir