ACF Kubokunda ilk gün yekunlaşdı

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-17 yaş kateqoriyasında ne-vaza üzrə ACF Kubokuna start verilib.

Futbolpress.az xəbər verir ki, oktyabrın 25-də Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən yarışın ilk günündə 198 yeniyetmə cüdoçu tatamiyə çıxıb. Qızlar və oğlanlar arasında ümumilikdə 8 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Qızların mübarizəsində Sunay Salamova (40 kq), Nigar Heydərzadə (48 kq), Sunay Məcidova (57 kq) və Zümrüd Əliyeva (70 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olublar. Oğlanlar arasında isə Məhəmməd Səfərov (50 kq), Muhəmməd Səttarov (60 kq), Ruslan Əsgərov (73 kq) və Musa Kəramətzadə (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir