15000-ci qol

Azərbaycan çempionatlarının yüksək liqa tarixində yubiley nəticə qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, ölkə çempionatları çərçivəsində vurulan 15 000-ci qol Misli Premyer Liqasının IX turunun ikinci qarşılaşmasına təsadüf edib. “Zirə” – “Sumqayıt” matçında meydan sahiblərinin futbolçusu Rikardo Martinsin rəqib qapısından keçirdiyi ikinci top Azərbaycan futbolunun statistikasına 15 000-ci qol kimi düşüb.

Sözügedən qarşılaşma turnir tarixində ümumilikdə 6160-cı, baş tutmuş və texniki nəticə verilməmiş oyunlar arasında isə 5881-ci matç olub. Arxada qalan 35 mövsüm ərzində orta məhsuldarlıq 2,55 qol təşkil edib.

Milli çempionatlar tarixində ilk qolun müəllifi Mehman Alışanovdur. O, 1992-ci il mayın 3-də baş tutan “Qarabağ” – “İnşaatçı” (Sabirabad) qarşılaşmasında (1:2) “atlılar”ın torunu silkələmişdir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir