“Borussiya”nın baş məşqçisi Niko Kovaç Çempionlar Liqasında “Sabah”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Qələbə qazandığımız üçün şadıq. Layiqli qalibiyyət oldu. Matça nəzarət edirdik və düşünürəm ki, hesab daha fərqli ola bilərdi. Lakin “Sabah” əks-hücumlarda təhlükəli komandadır və bunu bir neçə epizodda da gördük. Çətin qələbə oldu. Buna baxmayaraq, göstərdiyimiz oyundan razıyam. Bu yolda davam etməliyik”.
