Ayxan Abbasovdan milliyə: “Sizə inamımız yüksəkdir”

Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb.

Futbolpress.az xəbər verir ki, məşqdən əvvəl A milli komandamızın baş məşqçisi Ayxan Abbasov gənc futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb:

“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”:

Daha sonra o, yığmanın məşqini izləyib.

Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Crystal Hall”da Şərqi Timor yığmasına qarşı keçirəcək. Komandamızın qrup mərhələsindəki digər rəqibləri Andorra, Avstraliya, İsrail və Haiti yığmaları olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir