“Fənərbağça” Bakıdadır

Türkiyənin köklü təmsilçisi “Fənərbağça” “Turan Tovuz”la keçiriləcək yoldaşlıq oyunu üçün Bakıya gəlib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubunun heyətini, baş məşqçi İsmail Kartalı və prezident Aziz Yıldırımı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çoxlu sayda azarkeş qarşılayıb. Fanatlar xüsusilə komandanın rəhbərliyi və baş məşqçisinin şərəfinə coşqulu şüarlar səsləndiriblər.

Görüşə maraq olduqca yüksəkdir. İndiyədək qarşılaşma üçün 25 minə yaxın bilet satılıb.

“Turan Tovuz” – “Fənərbağça” matçı oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Oyunu azərbaycanlı baş hakim Rəvan Həmzəzadə idarə edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir