17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, yığma Kosovo ilə üz-üz gəlib. 11 qolun vurulduğu matç rəqibin qələbəsiylə başa çatıb – 8:3.
Azərbaycan millisi bundan əvvəl İrlandiyaya 0:16 hesabıyla məğlub olmuşdu.
Milli növbəti görüşünü oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək.
