“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 Liqasında həlledici final qarşılaşması keçirilib.
Futbolpress.az xəbər verir ki, çempionluq uğrunda “Neftçi” və “Ulduz” komandaları üz-üzə gəliblər.
Böyük maraqla qarşılanan matç “Ulduz”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna sürətli başlayan “Ulduz” 4-cü dəqiqədə Nihad Bəylərlinin qolu ilə hesabı açıb. Bəylərli 37-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza ataraq dublunu rəsmiləşdirib.
“Neftçi” 66-cı dəqiqədə Onur Əmirzadənin dəqiq zərbəsi ilə fərqi minimuma endirsə də, matçda başqa qol vurulmayıb.
2:1 hesablı qələbə yazdıran “Ulduz” U-15 Liqasının qalibi olaraq “Sabahın Ulduzları” Bakı Kubokunu başı üzərinə qaldırıb.
“Sabahın Ulduzları” U-15 Liqası
Final
Neftçi – Ulduz 1:2
Qollar: Nihad: Bəylərli, 4, 37 – Onur Əmirzadə, 66
Xatırladaq ki, daha əvvəl keçirilən U-14 Liqasının finalında “Qarabağ” “Sabah”ı 2:0 hesabı ilə məğlub edərək kubokun sahibi olmuşdu.
