Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edən “Xankəndi” komandasında baş məşqçi təyinatı gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, blub Röyal Nəcəfovla müqavilə imzalayıb.
Anlaşmaya əsasən, mütəxəssis 2026/27 mövsümün sonunadək bu vəzifəni icra edəcək. Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.
“Xankəndi” I Liqada 3 turdan sonra 1 xalla 7-ci sıradadır.
Röyal Nəcəfov ötən mövsüm “Baku Sportinq”i çalışdırıb.
