Sumqayıt klubundan uğursuz start

Minifutbol üzrə Azərbaycan təmsilçisi “Buxar Sumqayıt” EMF Avropa Kubokundakı ilk qarşılaşmasına çıxıb.

Futbolpress.az xəbər verir ki, İspaniyanın Kambrils şəhərində keçirilən turnirdə komandamız Polşanın “Aldak 422” kollektivi ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində baş tutan görüş “Buxar Sumqayıt”ın 2:4 hesablı uğursuzluğu ilə yekunlaşıb.

Komandamızın heyətində qollara 4-cü dəqiqədə Emil Hənəzadə və 39-cu dəqiqədə Ramil Orucov imza atıblar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir