Zamiqin komandası qələbə qazandı

Albaniya çempionatında 5-ci turun növbəti qarşılaşmaları keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin şərəfini qoruduğu “Eqnatiya” öz azarkeşləri önündə “Partizani” kollektivini qəbul edib. Gərgin mübarizə şəraitində keçən matç meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunda “Eqnatiya”nın qollarını 31-ci dəqiqədə K. Lukili və 71-ci dəqiqədə A. Albanese vurublar, qonaqların təsəlli qoluna isə 73-cü dəqiqədə V. Muratay imza atıb.

Albaniya çempionatı

“Eqnatiya” – “Partizani” 2:1

Qollar: K. Lukili, 31, A. Albanese, 71 – V. Muratay, 73

Azərbaycan millisinin üzvü Zamiq Əliyev qarşılaşmanın ikinci hissəsinin əvvəlində meydana daxil olub və sona qədər mübarizə aparıb. Əldə olunan bu vacib qələbədən sonra xal ehtiyatını 12-yə çatdıran “Eqnatiya” turnir cədvəlinin ikinci pilləsində mövqeyini möhkəmləndirib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir