Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə “Kiryat Şimona”da növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Hapoel”lə (Beer-Şeva) ilə qarşılaşıb. Görüş “Hapoel”in qələbəsiylə başa çatıb – 1:0.
Rüfət oyuna ehtiyatda başlayıb. O, ikinci hissədə, 68-ci dəqiqədə meydana daxil olub.
“Kiryat Şimona” İsrail çempionatında 5 turdan sonra 3 xalla 12-ci sıradadır.
