Ramil oynadı, komandası qələbə qazandı

Rusiya Birinci Liqasında XI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” səfərdə “Veles”in (Moskva) qonağı olub. Qarşılaşma həmyerlimizin komandasının əzmkar qələbəsi ilə başa çatıb.

Hesabda geriyə düşməsinə baxmayaraq, son dəqiqələrdə ardıcıl qollar vuran “Soçi” mühüm 3 xal qazanıb – 1:2.

Ramil Şeydayev matça start heyətində başlayıb və 68-ci dəqiqədə əvəzlənib.

Rusiya Birinci Liqası

XI Tur

“Veles” (Moskva) – “Soçi” 1:2

Qollar: Tarasenko, 37 (1:0) – Osipov, 78 (1:1), Fedorov, 90+3 (1:2)

Bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıran “Soçi” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir