Kosovo Superliqasında IV turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Malişeva” öz meydanında “Gilani” kollektivini qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Kosovo Superliqası
“Malişeva” – “Gilani” 3:1
Qollar: V. İsgəndərli, 10, 71, 75
Matç həmyerlimiz Vüsal İsgəndərlinin möhtəşəm performansı ilə yadda qalıb. Görüşə start heyətində başlayan hücumçu 10-cu, 71-ci və 75-ci dəqiqələrdə rəqib torunu havalandıraraq het-trikə imza atıb və qələbənin baş memarı olub.
Bu uğurlu nəticədən sonra xallarının sayını 10-a çatdıran “Malişeva” turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
