Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

Albaniya çempionatında 2-ci turun görüşləri keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Vora” klubunun qonağı olub. Qarşılaşma həmyerlimizin komandasının 3:1 hesablı geridönüş qələbəsi ilə yekunlaşıb.

“Vora” – “Eqnatiya” 1:3
Qollar: Karrica, 65; Adjessa, 69, Albanese, 76 (1:2), Yaqo, 86 (1:3)

Milli komandamızın üzvü Zamiq Əliyev matça ilk “11-lik”də başlayıb və son düdüyədək meydanda mübarizə aparıb.

Bu qələbə ilə xallarını 6-ya çatdıran “Eqnatiya” çempionatın turnir cədvəlində birinci pilləyə yüksəlib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir