“Neftçi”nin sabiq müdafiəçisi I Liqa klubunda

Azərbaycan I Liqasında mübarizə aparan “Baku Sportinq” müdafiə xəttini təcrübəli oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi” və “Sumqayıt”ın keçmiş müdafiəçisi Cabir Əmirlini transfer edib. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Karyerası ərzində bir çox yerli komandanın şərəfini qorumuş 29 yaşlı futbolçu həmçinin “İnter”, “Keşlə”, “Səbail” və “Mingəçevir” kollektivlərində də çıxış edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir