Azərbaycan idmançısı Avropa çempionu oldu

Azərbaycan stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro Mini Champs” turnirində tarixi uğura imza atıb.

Futbolpress.az xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların yarışında mübarizə aparan Mehin ilk 3 mərhələni lider olaraq yekunlaşdırıb. O, 1/8 finalda Moldova, 1/4 finalda isə Fransa təmsilçilərini yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb.

Yarımfinal mərhələsində İsveçrə idmançısına şans verməyən (3:0) təmsilçimiz mini Avropa çempionatı hesab olunan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.

Həlledici qarşılaşmada turnirin son qalibi, Latviya təmsilçisi Kaya Tvoroqalla üz-üzə gələn Mehin Mirzəbalayeva rəqibini 3:1 hesabı ilə məğlub edərək “Euro Mini Champs”ın çempionu olub.

Bu nəticə Azərbaycan stolüstü tennisçilərinin sözügedən turnirdə qazandığı ilk qızıl medaldır. Daha əvvəl təmsilçilərimizdən Onur Quluzadə analoji yarışda bürünc mükafata sahib çıxmışdı.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir