Elvindən “Qarabağ”a pis xəbər

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçirilən cavab oyununda zədələnib.

Futbolpress.az xəbər verir ki, tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtıldığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.

Müdafiəçinin müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.

Müdafiəçi Konfrans Liqasında pley-off mərhələsinin “Tvente” ilə səfər matçını buraxacaq. Oyun avqustun 20-də Niderlandda keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir