AFFA-da məşqçilər üçün seminar

AFFA mütəxəssislər üçün “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda növbəti onlayn maarifləndirici seminar təşkil edib.

Futbolpress.az xəbər verir ki, tədbirə müxtəlif futbol akademiyalarından məşqçilər qatılıblar.

Vebinarın gedişində məşqçilərdə psixoloji tükənmənin səbəbləri, ilkin simptomları, gərginlik və emosional yükün iş prosesinə təsiri kimi məsələlərə toxunulub. Həmçinin, ruhi sağlığın qorunma yolları, məşqçinin emosional durumunun komandadakı mühitə və futbolçuların inkişafına təsirləri, eləcə də uzunmüddətli motivasiyanın saxlanılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Təlimi idman psixologiyası və idmançıların emosional hazırlığı üzrə mütəxəssis Elşan Erdoğan idarə edib.

Qarşılıqlı müzakirələr şəraitində keçən görüşün sonunda iştirakçılar təqdim olunan mövzuları yüksək dəyərləndirib və analoji psixoloji təlimlərin mütəmadi təşkilinin vacibliyini bildiriblər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir