Azərbaycanın cüdo üzrə milli komandası Qazaxıstanın Almatı vilayətində təşkil olunan beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Avqustun 5-də Olimpiya Hazırlığı Bazasında start götürən hazırlıq prosesində 30-a yaxın ölkədən 700-dən artıq idmançı gücünü sınayır.
Yığmamızın üzvləri toplanış müddətində fiziki və texniki göstəricilərini yüksəltməklə yanaşı, xarici rəqiblərlə randori məşqləri də keçirirlər.
Hazırlıq prosesinə avqustun 15-də yekun vurulacaq.
