UEFA-dan Asim Xudiyevə növbəti təyinat

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Futbol Qurumundan (UEFA) növbəti tapşırıq alıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 13-də təşkil olunacaq “Eqnatiya” (Albaniya) – “Şemrok Rovers” (İrlandiya) matçında hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Sözügedən görüş Rroqojinedəki eyniadlı “Eqnatiya” stadionunda keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir