Milli çempionatın püşkü atıldı

Çimərlik voleybolu üzrə qadın və kişi komandaları arasında keçiriləcək Azərbaycan çempionatının püşkatma mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, turnir avqustun 4-dən 8-dək Bakı Su İdmanı Sarayında gerçəkləşəcək.

Yarışın əsas mərhələ görüşləri avqustun 4-ü və 5-də oynanılacaq. Həmin günlərdə ilk matçlar saat 09:00-da, günün son qarşılaşmaları isə 17:00-da start götürəcək.

Bürünc medallar uğrunda mübarizə avqustun 6-da, həlledici final oyunları isə avqustun 8-də keçiriləcək.

Çempion adını qazanan kollektivlər 2026-cı ildə təşkil olunacaq klublararası çimərlik voleybolu üzrə CEV Avropa çempionatında ölkəmizi təmsil etmək şansı əldə edəcəklər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir