“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstan təmsilçisi ÇSKA ilə qarşılaşıb. “Köhlən atlar”ın yarımmüdafiəçisi Kadinin 59-cu dəqiqədə vurduğu qol ofsayd səbəbindən hesabdan çıxarılıb. Oyun heç-heçə bitib.
Komandalar arasındakı cavab oyunu bir həftə sonra Sofiyada keçiriləcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00 Qarabağ – ÇSKA (Bolqarıstan) 0:0
