“Neftçi”dən ayrılan Ryonosuke Ohori karyerasını Serbiyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Radnik”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Ohori ötən mövsüm icarə əsasında “Kəpəz”də forma geyinib.
