Futbol ictimaiyyəti “Sabahın Ulduzları” üçün toplaşdı

Bakı Futbol Federasiyası (BFF) və AFFA-nın təşkilatçılığı ilə “Sabahın Ulduzları” layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, “JW Marriott Absheron Baku” hotelində baş tutan tədbirdə BFF-nin rəhbəri Tahir Süleymanov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, milli komandanın baş məşqçisi Ayxan Abbasov, turnirin sponsor şirkətinin rəhbəri Sərdar Salmanzadə çıxış edib.

Sessiyada “Sabahın Ulduzları” layihəsinin maskotu da təqdim olunub.

“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarış U-14 və U-15 yaş qrupları üzrə təşkil olunacaq. Hər yaş qrupunda 12 komanda iştirak edəcək və oyunlar avqust-sentyabr aylarında keçiriləcək. Turnir 1 avqust – 27 sentyabr tarixlərində baş tutacaq.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir