Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” (Minsk, Belarus) oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Marios Kaloqiru və Giorgios Xaralampus kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Nefytu yerinə yetirəcək.
İyulun 22-də keçiriləcək matça saat 20:00-da start veriləcək.
