“Xankəndi” FK baş məşqçi Zaur Hacıyev ilə yeni mövsümdə də əməkdaşlığını davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müddətinə yeni müqavilə imzalanıb.
“Xankəndi” yeni mövsümdə I Liqada mübarizə aparacaq.
