U-21-dən darmadağın

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, U-21 Bəhreynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəşad Eyyubovun yetirmələri rəqibin qapısından 3 cavabsız top keçirərək, böyükhesablı qələbə qazanıblar – 3:0.

Komandanın heyətində qolları 32-ci dəqiqədə Qurban Səfərov, 87-ci dəqiqədə Nihad Əhmədzadə və 89-cu dəqiqədə Lorenzo Mezzotero vurublar.

Qeyd edək ki, U-21 toplanış çərçivəsində növbəti yoxlama oyununu iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir