“Qarabağ”ın futbolçusu Marko Yankoviçin də formasını geydiyi Monteneqro millisi yoldaşlıq oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib. 4 qolun vurulduğu matç bərabərliklə başa çatıb – 2:2.
Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə start heyətində başlayan yarımmüdafiəçi 69-cu dəqiqədə əvəzlənib.
