Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında yarımfinal oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv final uğrunda matçda Serbiya ilə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan Azərbaycan yığması finala yüksəlib.
Milli həlledici matçda Ukrayna ilə qarşılaşacaq.
