“Neftçi”nin hücumçusu Breno Almeyda azarkeşlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, klubun televiziyasına danışan legioner komandaya uyğunlaşmasından söz açıb, mövsümlə bağlı fikirlərini bölüşüb.
Almeyda bu ilin fevralından “Neftçi”nin formasını geyinir. O, başa çatan mövsümdə Premyer Liqada 12 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
