Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Siyasət Əsgərov iyunun 4-də media nümayəndələri ilə görüşəcək. Millinin açıq məşqi də həmin gün keçiriləcək.
