Rövlan Muradov “Zirə”dən ayrılacaq.
Futbolpress.az-ın məlumatına görə, baş məşqçi Rəşad Sadıqov cinah oyunçusunun performansından narazıdır. Mütəxəssis müdafiəçidən gözləntilərinin qarşılığını ala bilmədi və onunla yolların ayrılmasını istəyir.
“Zirə” həmin mövqeyə “Sabah”dan Amin Seydiyevi transfer etmək istəsə də, futbolçu hələ qərarını verməyib. Sadıqov müdafiənin sağı üçün daha bir neçə oyunçunu nəzərdən keçirir.
Rövlan 2025-ci ilin əvvəlində “Zirə”yə qoşulub. O, başa çatan mövsümdə Premyer Liqada 11 oyunda meydana çıxıb. Muradov özü də praktikasının azlığından narazıdır və klubunu dəyişməyə hazırdır.
Rövlan “Zirə”dən öncə “Qəbələ” və “Sumqayıt”ın formasını geyinib.
Şahin Cəfərov
