AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
23 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Neftçi-2” – “Şamaxı-2” oyununun 33-cü dəqiqəsində “Şamaxı-2” komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Araz-Naxçıvan-2” komandasının 86 nömrəli futbolçusu İbrahim Piriyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyununun 32-ci dəqiqəsində “Sabah-2” komandasının 97 nömrəli futbolçusu Ramil Nuraxmedov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 74 nömrəli futbolçusu Həmzəalı Mikayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).
