Misli Premyer Liqasının XXVI turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (2:4) sonra meydan sahiblərinin məşqçisi Vadar Nuriyev fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, o, nəticəni belə şərh edib:
– Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi də yaxşı analiz etmişdik, yaxşı da başladıq. Adi səhvdən, anlaşılmazlıqdan qol buraxdıq. İkinci qol da səhvdən sonra oldu. İkinci qol zamanı qayda pozuntusu var idi, amma baş hakim VAR-a müraciət etmədi. “Sabah” elə komandadır ki, əks-hücum şansı verdinsə, səni bağışlamaycaq. Ən azından 1 xal istəyirdik, lakin alınmadı. “Sabah”ı təbrik edirik, öz yolumuza davam edəcəyik.
– Hakimin rəqibə simpatiyası hiss olunurdu? Nəticəyə təsir edən səhvləri oldu?
– Əlbəttə. Nuno Rodriqesi vurmuşdular, baxmadılar. Baş hakim “Sabah”ın 3-cü qolu zamanı VAR-a baxmadı. Belə olmur, əgər qərar verirsənsə, baxmalısan. O isə heç VAR-a yaxın da getmədi. Bu qərarlar da bizim oyunumuza təsir etdi.
Adil Nəhmətli
