Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” – PAOK görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.
Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
