“Sumqayıt” “Karvan-Yevlax”la oyuna itkilərlə çıxacaq

“Sumqayıt” Premyer Liqanın XXIII turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq.

Futbolpress.az-ın məlumatına görə, “kimyaçılar”ın iki futbolçusu zədəlidir. Yarımmüdafiəçi Roy Kehat və hücumçu Ronaldo Vazkez bu səbəbdən görüşü buraxacaq.

Nikolo Ninkoviç və Aleksandr Ramalinqom isə vərəqə cəzalısı olduğu üçün oyunda iştirak etməyəcək.

“Karvan-Yevlax” – “Sumqayıt” oyunu saat 15:00-da başlayacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir