AFFA iki kluba texniki məğlubiyyət verib.
Futbolpress.az xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib:
“15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Qobu PFK-Crystal FC oyunu Crystal FC komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Crystal FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Universal Football Academy-Dirçəliş FK oyununda Dirçəliş komandasının heyətində adı protokolda olmayan Ələkbər Əliyev iştirak etdiyi üçün Dirçəliş komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)”
