Azərbaycan yığması Moldovanı məğlub etdi

Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində yerləşən yerli futbol federasiyasının Texniki Mərkəzində baş tutan görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları 61-ci dəqiqədə Nicat Nərimanov və 82-ci dəqiqədə İbrahim Babayev vurublar. Qeyd edək ki, bu komandalar arasında fevralın 27-də ikinci yoxlama oyunu təşkil olunacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir