“Nyukasl”ın “qol silahları”

“Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

“Nyukasl”ın cari mövsümdə bombardiri Bruno Gimarayş zədə səbəbindən hər iki matçı buraxacaq. Braziliyalı yarımmüdafiəçi 9 qolla komandasının ən məhsuldar oyunçusudur.

“Sağsağanlar”ın digər məhsuldar oyunçusu Nik Voltemaddır. Alman forvard bu mövsüm 7 qol vurub, 2 məhsuldar ötürmə edib. Baş məşqçi Eddi Hau bu gün hücumun mərkəzində məhz ona şans verəcək.

Komandanın məhsuldar oyunçularının siyahısında üçüncü sırada isə Entoni Qordondur. Cinah oyunçusu bu mövsüm 6 qol vurub, 2 məhsuldar ötürmə edib. Qordonun da bu gün startda olacağı gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir