Reşford: “Baş məşqçi dedi ki…”

“Barselona”nın vingeri Markus Reşford UEFA Çempionlar Liqasında “Kopenhagen”ə qarşı oyunda geridönüşdən sonra baş məşqçi Hans-Diter Flikin paltardəyişmə otağında verdiyi tapşırıqlardan danışıb.

Kataloniyalılar ilk hissəni doğma meydanda 0:1 hesabı ilə geridə başa vurublar. Ancaq ikinci yarının əvvəlində Robert Levandovski hesabı bərabərləşdirib. Ardınca Lamin Yamal və Rafinya Dias fərqlənib. Qarşılaşmada son nöqtəni isə cərimə zərbəsindən qol vuran Markus Reşford qoyub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra açıqlama verən ingilis futbolçu, Flikin sözlərinin komandaya ciddi motivasiya verdiyini bildirib:

“Baş məşqçi dedi ki, ikinci hissədə öz futbolumuzu oynasaq, rəqib üçün üstünlüyü qorumaq çox çətin olacaq. Fasilədən dərhal sonra oyunumuzda açıq-aşkar irəliləyiş hiss olunurdu. Effekt ideal alındı – dörd qol vurduq”.

“Kopenhagen” üzərində qazanılan qələbə “Barselona”ya Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazandırıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir