AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
25 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Bakı TFK-Xan Çinar oyununun Bakı TFK komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Baku TFK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79)
AFFA U-14 Liqasında keçirilən Qaradağ Lökbatan-MOİK PFK oyununda Qaradağ Lökbatan komandasının heyətində protokolda adı qeyd edilməyən futbolçu aşkar edildiyi üçün Qaradağ Lökbatan komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
