“Qarabağ” Çempionlar Liqasının VIII turunun “Liverpul”la səfər oyunu üçün İngiltərəyə yollanıb.
Futbolpress.az xəbər verir ki, “atlılar”ı hava limanında qarşılayan azərbaycanlı azarkeşlər komandanın müdafiəçisi Elvin Cəfərquliyevə xoş sürpriz edib. Balaca bir fanat Cəfərquliyevlə “Başuvaa” deyərək, zarafatlaşıb.
Elvin Bakıda “Ayntraxt”la oyundan (3:2) sonra mikrofonu alaraq, bu sözü demiş və gündəmə düşmüşdü.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da, saat 00:00-da keçiriləcək.
