“Sabah”ın futbolçusu: “Daha yaxşı nəticə əldə edə bilərdik”

“Sabah”ın futbolçusu Umarali Rahmonaliyev Premyer Liqada “Karvan-Yevlax”a qalib gəldikləri oyundan (4:1) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, matçda bir qolla qələbəyə töhfəsini verən özbəkistanlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə matçla bağlı bunları deyib:

“Bütün gücümüzü verdik, 100 faizimizlə oynadıq. Daha yaxşı nəticə əldə edə bilərdik. Şanslarımızı və qollarımızı növbəti oyunlara saxladıq.

Özümü burada evimdəki kimi hiss edirəm. Hər kəsə təşəkkür. Növbəti oyunlarda daha çox azarkeşlərin olmasını istərdim. Futbol onlarla daha maraqlıdır”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir