“Gedişatı dəyişmək üçün imkanlarımız oldu” – millinin baş məşqçisi

Bu gün yoldaşlıq oyunu çərçivəsində Danimarka yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Azərbaycan Futzal Federasiyasına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:4 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Nəticəyə görə məyusam. Ancaq çoxsaylı qol epizodları yaratdıq. Rəqib standart vəziyyətdən “ev tapşırığı” yerinə yetirdi və qollar vurdu. Gedişatı dəyişmək üçün imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Ya ustalıq çatmadı, ya da epizodlar zamanı soyuqqanlı ola bilmədik, ötürmələri vaxtında etmədik. Sona yaxın isə fiziki cəhətdən gücümüz çatmadı, ayaqlar sanki doldu.

Nəticə çıxarmaq və səhvlər üzərində işləmək baxımından bizim üçün vacib oyun oldu”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir