Türk məşqçi Rusiya klubundan ayrıldı

Kazanın “Rubin-2” komandasının rəsmi saytı Gökdəniz Karadənizin baş məşqçi postunu tərk etdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb türkiyəli mütəxəssisin klubla müqavilə müddətinin başa çatması olub.

“Rubin-2”nin yeni baş məşqçisi vəzifəsinin icrası Karadənizin məşqçilər heyətində yer alan Andrey Fyodorova həvalə edilib.

“Rubin” üçün əfsanəvi fiqur sayılan Gökdəniz 2023-cü ilin iyulunda bərpa olunan “Rubin-2”yə rəhbərlik edib. O, komandanın “sükanı arxasında” ikinci liqa B-də üç mövsüm keçirib. Bu müddət ərzində “Rubin-2” iki dəfə bürünc medallara sahib çıxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir