
“Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının 7 turunun “Kopenhagen”lə səfər oyununda 1:1 hesablı heç-heçəni şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komanda olaraq nəticədən narazı qaldıqlarını söyləyib:
“Hesabdan narazıyıq. Qələbə qazanıb pley-offa yüksəlməli idik. Ev sahiblərinin oyunçusunun qovulmasından sonra “Napoli” meydanda dominantlıq etdi. Oyunçu itkiləri və yorğunluq bəhanə deyil. Bu cür matçlarda qalib gəlməliyik”.
İtaliya klubu Çempionlar Liqasında 8 xalla turnir cədvəlində 23-cü yerdədir. Komandanın növbəti oyunu “Çelsi” ilə olacaq.
